Rüstem Oldu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3732

ŞİİR


28

TAKİPÇİ

Rüstem Oldu

Qəlb o ki var ağlasın,
Dərdi-qübar ağlasın.
Qoymayın yar ağlasın,
Ala gözü nəm oldu.

Bir kimsəni sezməyir,
Ağısından bezməyir.
Ürək dərdə dözməyir,
Ağrı- acı cəm oldu.

Tanrı uca qüdrətdi,
Hər verdiyi nemətdi.
Qayğısız və xoşbəxtdi,
Heyf, bəxti kəm oldu.

Yaranı soyub getdi,
Adını oyub getdi.
Dostları qoyub getdi,
Tanrıya həmdəm oldu.

Külək olub əsməyin,
Günün önün kəsməyin.
Ölümə tələsməyin,
Tələsən Rüstəm oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.9.2025 17:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!