Ay rəssam , rəsmimi çək,
Kədərimi,duysunlar.
Hər tərəf olsun çiçək,
Göz yaşımı yusunlar.
Elə bir yerdə çək ki,
Nə dağ olsun, nə dərə.
Dayansın o ürək ki,
Sevməyibdir bir kərə.
Təbiət naxışını,
Yaşılı, mavi rənglə.
Qüssəli baxışımı
Bir az səmavi rənglə.,
Sevmirəm qırmızını,
Neynəyim, gül rəngidir.
Vəsf et Tanrı qızını,
Ağrımı çox səngidir.
Sağ ol,ay rəssam qardaş,
Ümidimi artırdın.
Məni gözlərimdə yaş,
Ötənlərə qaytardın.
04.05.2018.
Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2018 19:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!