Refaye Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Refaye

Keçmişin qədrin bil indi,
Xatirəni di sil indi
Rastlaşmırdıq düz qırx ildi,
Biz görüşdük nəhayət.
Rəfayə.

Dostlarına qayna-qarış,
Olanlarla daha barış.
Həyatından roman danış,
Mən söyləyim hekayət.
Rəfayə.

Çərpələngi uçurtmusan,
Səmtinicə unutmusan.
Həyatın nəbzin tutmusan,
Eyləmirsən şikayət.
Rəfayə.

Olmuşuq illər yorğunu,
Eh, burax sual-sorğunu.
Hamı bilir ki doğrunu,
Danışmayaq rəvayət.
Rəfayə.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!