Dalğalar həmişə hərbə səsləyib,
Qaynayıb daşaraq durulan dəniz.
Qoynunda milyonlar, minlər bəsləyib,
Sahilin qumuna vurulan dəniz.
Dostuna , yarına salam verməyir,
Yosundan yamyaşıl çələng hörməyir.
Hərdən önündəkin gözü görməyir,
Yol azıb sol yana burulan dəniz.
Göylərə boylanır bəxtəvər kimi,
Elə bil çalıbdır min zəfər kimi.
Özü taleyindən bixəbər kimi,
Qoynunda oyunlar qurulan dəniz.
Kayıt Tarihi : 1.11.2019 15:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!