Yalana, saxtaya öyrəşdim artıq,
Ürəkdə laxtaya öyrəşdim artıq.
Soyuğa, şaxtaya öyrəşdim artıq,
Sən bahar gətirmə bu qış ömrümə.
Həsrət öz işini gözəl bacardı,
Iznini sən verdin, yoxsa qaçardı.
Əvvəldən al rəngi könül açardı,
Vurmusan qapqara naxış ömrümə.
Anlamır bir alim həkim dərdimi,
Qurumuş toxum tək əkim dərdimi.
Qoymurlar kənarda çəkim dərdimi,
Dikilib yüz cürə baxış ömrümə.
02.01.2019
Kayıt Tarihi : 4.1.2019 07:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/01/04/qis-omrume.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!