Gəl, boşa and içmə, yalvarma qəti,
Hər kəsə güvənim sözü qədərdi…
Hamı söz danışır, amma hörməti
Dediyi sözünün düzü qədərdi…
Çılpaq başqasında dondan danışır,
Molla axirətdən, sondan danışır,
Kimdə nə yoxdusa, ondan danışır,
Birini deyirsə, yüzü qədərdi…
Dost-tanış yolunda çəkərsən cəfa,
Özünə gələndə tapılmaz şəfa…
Nankorda, nakəsdə görməzsən vəfa,
Olsa da iynənin gözü qədərdi…
Zalımın önündə dayanlb mətin,
Ədalət gözlərsən ..amma ki çətin ….
Gəlsə də, addımı o ədalətin
Kiçik bir uşağın izi qədərdi…
Olma tamahının,nəfsin əsiri,
Hər şeyin artığı olur kəsiri….
Tonqal böyüksə də axırda yeri
İşarıb soyuyan közü qədərdi…
Bənd olma dünyaya, gəldi-gedərdi…
Bağlanma kimsəyə, boşdu, hədərdi…
Çalış küçümsəmə, hamının dərdi
Onunçün dünyanın özü qədərdi…
Kayıt Tarihi : 5.1.2025 16:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!