Qarıyar yeni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qarıyar yeni

Istərsən ayrılıq köçündə düzlən,
Dünyanın yoxunda, heçində izlən.
Gündüzlər didəmin içində gizlən,
Gecələr kirpiyim qoruyar səni.

Sinədə bir ürək, iki candılar,
Birgə alışdılar, birgə yandılar.
O qədər istəkli, mehribandılar,
Duman qucaqlayıb sarıyar çəni.

Vüsalın önündə hicran heçsə də
Tək məni özünə həmdəm seçsə də.
Aradan əlli il, yüz il keçsə də
Ayrılıq qocalıb qarıyar yəni...

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu