Qarası etdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qarası etdi

Söykənib simsiyah nəm sürahiyə,
Baxıram üfüqə, bilmirəm niyə.
Elə minnətdaram o İlahiyə,
Səni gözlərimin qarası etdi.

Narın-narın yağan yağışın məlhəm,
Al-əlvan görünən naxışın məlhəm.
Hər sözün məlhəmdir, baxışın məlhəm
Sağaldı qəlbimin yarası,getdi.

Nədir bu suallar, nədir bu sorğu,
Mənim dediklərim həqiqət, doğru.
Min il yol gəldilər vüsala doğru,
Qovuşdu iki çay arası, yetdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 24.4.2018 18:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu