Şehmi parlayır gözündə,
Ehmi qarlayır sözündə.
Xəyalımım o üzündə,
Canavarlar, qurdlar qaldı.
Batdıq həsrət dəryasında,
Uzaq düşdük sevdasından.
Məhəbbərtin səhrasında,
Bomboz, bomboş yurdlar qaldı.
Kim gəldi ki hayımıza,
Od ələndi sayımıza.
Qara düşdü payımıza,
Xara ağ buludlar qaldı.
Nə görmüsən Qaf dağında,
Gəzirsən hey sorağında.
Yaxın qonşunun bağında,
Yeyilməmiş tutlar qaldı.
Parlamaz ki ləl incin də,
Azalacaq sevincin də.
Ürəyimin bir küncündə,
Şipşirin umutlar qaldı.
Kayıt Tarihi : 14.07.2026 05:50:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!