Qağayı tek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qağayı tek

Yağışlarda azaq qalaq,
Baxışlardan sazaq alaq.
Naxışlardan uzaq olan,
Yelənsiz kəlağayı tək.

Bilməm nələr var içində,
Kədərini sar içində.
Təzə yağmış qar içindən,
Görünmürsən ağ ayı tək.

Qəmlə baxdın asimana,
Kədər çökdü gül simana.
Bu limandan o limana,
Uçub getdin qağayı tək.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.3.2019 14:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu