Ey insan,yenidən doğularsanmı,
Kədərin içində boğularsanmı.
Dünya,mən olmasam dağılarsanmı,
Sənə ölümümün nə faydası var.
Mən necə yoxluğa var tək yanaşım,
Onunla sakitcə,şirin danışım.
Məndən xoşu gəlmir köhnə tanışın
Nifrətin,kinin də öz qaydası var.
Ah çəksəm,ahımdan qaya çapılar,
Gözümün yaşında almaz tapılar.
Üzümə bağlanıb bütün qapılar,
İlahi,qorxunun nə boydası var.
Kayıt Tarihi : 12.12.2018 15:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!