Öz içindedir Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Öz içindedir


Yalandan uzaq dur, əyridən yan keç,
Ən böyük bicliklər düz içindədir…
Danışmaq yerinə dinləməyi seç,
Çox gizli anlamlar söz içindədir …

Gülü məhəbbətlə bəsləsən solmaz,
Ürək ağlamasa gözlər də dolmaz..
Sadiq dost hər kəsin qisməti olmaz,
Çətin tapılandır, yüz içindədir…

Buludun sevgisi yağışda gizli,
Rənglərin ahəngi naxışda gizli,
İnsanın daxili baxışda gizli,
Hər şeyin cavabı göz içindədir …

Ağlını işlətsən, demək, öndəsən,
Ürək hara çəksə sən o yöndəsən…
Vicdanın var isə, saleh bəndəsən ,
Hər kəsin Allahı öz içindədir …

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!