Bilirdim, bu nağıl belə bitəcək,
Qəlbinə ayrılıq daman olmuşam…
Bu eşqin nəğməsi qəmlə çalınıb,
Hamını ağladan kaman olmuşam…
Önümə ayrılıq çıxmasın deyə,
Çıxıb sevgimizi yıxmasın deyə ,
Yad gözlər hüsnünə baxmasın deyə
Özgələr önündə duman olmuşam…
Demədim, qur mənə qızıldan saray…
Demədim mənimçün ulduzları say…
Dedim ki , sevgimə haray ver, haray….
Mən səndən məhəbbət uman olmuşam….
İnsanıq, səhvimiz olacaq deyə,
Araya sərinlik salacaq deyə,
Ürəkdə bir yara qalacaq deyə
Hər şeyə gözünü yuman olmuşam…
Nə olsun, ömrümü yoluna sərdim,
Yenə lazım olsa, yenə edərdim…
Nə olsun, uğruna canımı verdım,
Axırda pis adam, yaman olmuşam…..
Kayıt Tarihi : 12.1.2025 23:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!