Qədrini bilmədik o gözəl anın,
Əsiri olduq biz ötən zamanın.
Mənim həsrətimlə sənin hicranın,
Gözümüz önündə öpüşdülər,bax.
Tək Leyli-Məcnunmu sevgi timsalı,
Yandırdı qəlbimi möhnət qumsalı.
Sənin vəslin ilə mənim vüsalım,
Heç nəyin üstündə öc düşdülər, bax.
Nur saçmır gecələr yarımçıq hilal,
Örtübdür üzünü dərdi-qəm, məlal.
Bizim yanımızdan ümidlə xəyal,
Gizlicə necə də ötüşdülər,bax.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!