Zər tökülər xaramızdan,
Əl çəkmirlər qaramızdan.
Dostum , yenə aramızdan
Soyuq küləklər əsdimi.
Yağış olub göydən ələn,
Qışda bəyaz qara bələn.
Mənim qulağıma gələn,
Sədadımı, ya səsdimi.
Qorun soyuqdan, sazaqdan,
Gizlən tələdən, duzaqdan.
Dostum, səni lap uzaqdan
Görməyim mənə bəsdimi.
Şahzadəyəm, başımda tac.
Alacağam səndən xərac.
Qarşımızı kəsən ağac,
Çinardımı, vələsdimi.
Sevinc həyatdan güc aldı,
Daim zirvəyə ucaldı.
Eh, birdən-birə qocaldım,
Ömür sona tələsdimi.
Kayıt Tarihi : 26.10.2023 14:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!