Ölüyem sensiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Ölüyem sensiz

Fələk yenə başa dönüb,
Acılarım yaşa dönüb.
Duyğularım daşa dönüb,
Mən elə ölüyəm sənsiz.

Uduzmuşam oynunda ki,
Haqqın vardır boynumda ki.
Üşüdürəm qoynumdakın,
Qarlı dağ çölüyəm sənsiz.

Düşübmüdür izə, bilmir,
Çatacaqmı bizə, bilmir.
Bircə sona üzə bilmir,
Donmuş qış gölüyəm sənsiz.

Bir atımlıq varmış canı,
Sökülməz ki daha danı.
Dadlı gəlir hicrin qanı,
Somsoyuq zəliyəm sənsiz.

Dərdi xeyli-deməsinlər,
Varmış meyli-deməsinlər.
Mən Leyli deməsinlər,
Məcnun tək dəliyəm sənsiz.

Nə biləsən acımdakın,
Nə də son əlacımdakın.
Quşlar yedi ovcumdakın,
Vəslin boş əliyəm sənsiz.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 06:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!