Sevib-seçdin,eh,sən kimi,
Dağlıbdır vəslin himi.
Üzə durub hicrin simi,
Azacıq çalmasam olmur.
Ağlı yoxdur cahilin də,
Gözü toxdur sailin də.
Göy Xəzərin sahilində,
Xəyala dalmasam olmur.
Addımlayıb keç qumsalı,
Odur ayrılıq timsalı.
Körpə uşaqdır vüsalın,
Qeydinə qalmasam olmur.
Umduğum saf eşqin olub,
Həsrətinsə çaşqın olub.
Uçqun olub, daşqın olub,
Yeni yol salmasam olmur.
Təzə libasın geydiyim,
Duz ilə çörək yediyim.
Məndən küsüb dost dediyim,
Könlünü almasam olmur.
Kayıt Tarihi : 14.07.2026 06:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!