Göz yaşların acı şərbət,
Hicrin sonu gələr əlbət.
Bir kimsədən nə məhəbbət,
Nə də sevgi dilən, qadın.
Barışmırsan acı ilə,
Ayrılığın tacı ilə.
Barmağının ucu ilə,
Gözlərini silən qadın.
Vüsal özünü asınca,
Qara bəyazı basınca.
Xəyalının arxasınca,
Qəh-qəh çəkib gülən qadın.
Qızılgüllər çəpərdimi,
Yenə də təzə-tərdimi.
Qəlbdə dəfn edib dərdini,
Fərəhini bölən qadın.
Tanrıdan vergi verilib,
Sözün qiymətini bilib.
Ildə bir kərə dirilib,
Gündə yüz yol ölən qadın.
Kayıt Tarihi : 14.07.2026 06:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!