O mesum baxışın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

O mesum baxışın

Sən mənim ən yaxın dostumdun, Sevil.
Illərdir mən sənə salmışdım meyil.
Sözüm həqiqətdir, heç yalan deyil,
Yaralı qəlbimə səpmisən su da.

Natiqlə bir gündə doğulmusan sən,
Mənim tək qüssədən boğulmusan sən.
Görən Əfsanəmi,nağılmısan sən,
Qayıt, göz yaşımı əlinlə yu da...

Beş övlad Tanrıdan ən gözəl payın,
Daha nur paylamaz günəşin , ayın.
Yaşadın ömrünün sonuncu yayın,
Demək taleyinə yazılmış bu da..

Ayrılıq qanadın yaman gəribdi,
Cüt oğlun uzaqda sənsiz qəribdi.
Qaranlıq işığı yerə səribdi,
Səni gözləyir bax, o yaşıl ada.

O qədər duz-çörək kəsmişdik bacım,
Qayıt gəl.sənə var çox ehtiyacım.
Dinibdir qəlbimdə həm ağrım-acım,
O məsum baxışın düşəcək yada.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.7.2020 08:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu