Gecəni gündüz tək kəhkəşan edər,
Elə bil səmada toy-nişan edər.
Nədir səni belə pərişan edən,
Çılçılpaq qayadan ot uman eşqim.
Sözünə əminsən, ümidvar kimi,
Arzular ürəkdən, unudar kimi.
Qapqara qaralıb buludlar kimi,
Yalanı gizlədir o duman, eşqim.
Həsrətim qəlbini dondurmayacaq,
Üstünə toz belə qondurmayacaq.
Bilirsən, əlini yandırmayacaq,
Qor olmuş ocaqdan od uman eşqim.
Yenə sevda gülüm ləçək-ləçəkdir,
Əl vursam torpağa töküləcəkdir.
Baharda geriyə dönməyəcəkdir,
Yaralı uçubdur o durnam, eşqim.
Dünyamız durduqca səninlə varsam,
Sevdiyim insana ən sadiq yarsam.
Arzu edilməyən məclisə varsam,
O yerdə dəqiqə oturmam, eşqim.
04.12.2018
Kayıt Tarihi : 5.12.2018 20:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!