Gördüm gözlərində mən bü gününü,
Göylərə ucalan səssiz ününü.
Sənin işıq saçan təbəssümünü,
Öpüb gözlərimin üstünə qoydum,
Necə söz açmayım ilk görüşündən,
Əlində gül-çiçək cəld gəlişindən.
Mənə fərəh verən şən gülüşündən,
De, necə usanım, de necə doyum.
Daha baxmayıram yarın sözünə,
Çünki inanmıram baha düzünə.
Atıb sağ əlimi xarın üzünə,
Astaca- astaca maskasın soydum.
15.06.2019
Kayıt Tarihi : 18.6.2019 19:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!