Qarşında dikilib daşa dönürəm…
Mən necə deyim ki, sevirəm səni?
Qanadı qırılmış quşa dönürəm,
Mən necə deyim ki, sevirəm səni?
Gözünü görəndə gözlərim gülür,
Üzümdən-gözümdən sevinc tökülür…
Bunu səndən başqa hər kəs də bilir,
Sən özün hiss edə bilmirsən yəni?!
Mən necə deyim ki, sevirəm səni?
Özün də bilmədən məni üzürsən,
Dərdimin üstünə dərdlər düzürsən,
Məndən uzaqlarda sevgi gəzirsən,
Gözünün önündə görmürsən məni….
Mən necə deyim ki, sevirəm səni?
Sən mənim qəzəlim, şeirim, bayatım…
Səni düşünməklə keçir həyatım,
İstərəm səninlə arzuya çatım,
Qara saçlarıma salmısan dəni,
Mən necə deyim ki, sevirəm səni ?
Qaşların çatılsa üsyan edərəm,
Xətrinə dəyəni al-qan edərəm…
Belə davam etsə çıxıb gedərəm,
Bir də tapammazsan məntək sevəni…
Bir az aç gözünü ….sevirəm səni….
Dr.İlhamə Müslümova 🩺
Kayıt Tarihi : 12.1.2025 23:32:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!