Bənövşədir kolun üstdə,
Qoy uyuyum qolun üstdə.
Bəxtin durub yolun üstdə,
Gözlərini yumursan.
Kaş sevgimiz cüt bölünə,
Birgə çıxaq eşq çölünə.
Sona kimi qu gölünə,
Qanadlanıb cumursan.
Ay gizlənib, bədr bilmir,
Gün şüası nədir, bilmir.
Özününkü qədir bilmir,
Özgədən nə umursan.
Kayıt Tarihi : 29.10.2021 06:39:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/10/29/ne-umursan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!