Nə deyirsən, ömrüm-günüm,
Salma başın aşağı.
Gilə-gilə, düyün-düyün
Gözlərindən yaş axır.
Üzür məni ayrılığın,
Anlaşılmaz sözləri.
Görəmmirəm ay varlığım,
Axtarır hey gözlərim.
Ayrılığın əlifbası,
Özü kimi saxtadır.
Geyindiyi al libası,
Ipək deyil, taxtadır.
Onu hicran ağacının,
Budağı tək dəribdir.
Gah yuyub, gah ütüləyib,
Gah da günə səribdir.
Üstündəki ləkələri,
Bəzəyibdir çiçəklər.
Elə bil qəlb tikələri,
Al-qırmızı ləçəklər.
Intiqamı alınacaq,
Vaxtsız solan çiçəyin.
O da bir sevdalısıydı,
Hündür gözəl-göyçəyin.
Indi yalın xatirənin,
Ayağın qum yandırar.
Hə sabahı, nə dünəni.
Əhd-peymanı dandırar.
16.06.2019
Kayıt Tarihi : 18.6.2019 18:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!