Bilirsənmi nədən ötrü,
Gözlərimə qan damır.
Çiskin ağlar çəndən ötrü,
Gizlətməz ki adamı.
Dopdoludur göy ulduzla
Bircəciyi mənimmi.
Eh, kim uda, kim uduza,
Uduzana qənimmik.
Sakit axmır göy yaşları,
Qəmli yağır yağışlar.
Bu yağışlar mənə dərddən
Savayı nə bağışlar.
15.04.2019
Kayıt Tarihi : 19.4.2019 11:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!