Nağıl(masal) Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Nağıl(masal)

Bir nağıl içində yaşayırdım mən,
Hər kəs bu halıma gülənə qədər…
Deyirdim, sən mənim güvən yerimsən,
Özüm öz gözümü silənə qədər…

Kimsə nəsə desə həmən danırdım ,
Mən səni hamıdan əziz sanırdım,
Hətta özümdən də çox inanırdım,
Sənin kimliyini bilənə qədər…

Hər gecə dəhşətdən oyanacağam,
Pəncərə önündə dayanacağam…
Bəlli ki mən hələ çox yanacağam,
Sağalıb özümə gələnə qədər…

Fikrimdən, qəlbimdən , önümdən çəkil…
Adımı hər yerdən, yaddaşından sil..
İllər keçsə belə unutmaram , bil,
Mən sənin zərbəni ölənə qədər…

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 18:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!