Pis günü sil yaddaşından,
Uzaqda dur göz yaşından.
Elə bil ki dağ başından,
Telimdə qirov, düşmüşəm.
Namərd qapısın döymədim,
Dostun qəlbinə dəymədim,
Bir kimsəyə baş əymədim,
Sevdana girov düşmüşəm.
Nə özgə oduna yandım,
Nə də əhd-peymanı dandım
Özümü Qaf dağı sandım,
Şəkildə Murov düşmüşəm.
Kayıt Tarihi : 28.3.2022 08:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/03/28/murov-dusmusum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!