Mübtelayım işveli yarın cilveger çehresine

Ali Garazade
7

ŞİİR


0

TAKİPÇİ

Mübtelayım işveli yarın cilveger çehresine

Mübtəlayəm işvəli yarın cilvəgər çöhrəsinə,
Ruh fərağın hiyləsilə əsir kədər kölgəsinə.

İztirabın giriftarı olmağımın mənası yox,
Çünki daim müntəzirəm qəza-qədər qönçəsinə.

O əğyarə xoş baxandan nə can qalıb, nə də əhval,
Xoş əhvalı yaratmaq da düşür canın öhdəsinə.

Mövcudatın fövqəladə bir e'cazı xürrəm etmir,
İnanmıram sonbaharda buludların tövbəsinə.

Zərrəm atəş qətrəsitək hər bəlanı xəlq eləyir,
Gəlib sən də şahid ol aşiq Xənnasın öfkəsinə.

Məsihanın gəzdiyi şəffaf suda tonqal qaladım;
Düşdü parə bu könüldən, yığışdılar dövrəsinə.

Və gahi eşq, gahi qəzəblə bəslədim duyğuları,
Bu saatdən sonra onun dözmürəm mən ölməsinə.


Ali Garazade
Kayıt Tarihi : 26.10.2020 01:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Hikayesi:


Aruz

Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ali Garazade