Men Vermisen,ilahi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Men Vermisen,ilahi

Tutmazmı ki heç qəzəbin,
Pozulmaz ki düzənim.
Bu dərdi, bu əzabı,
Şən vermisən, İlahi.

Segahmı Şur əvəzi,
Murovdur Tur əvəzi.
Səmama nur əvəzi,
Çən vermisən,İlahi.

Uymaram yad felinə,
Düşmərəm dağ selinə.
Sarışın, cod telimə,
Dən vermisən, İlahi.

Gözəl yazdın qədəri,
Getməz ömrüm hədəri
Sevinci, həm kədəri,
Tən vermisən, İlahi.

Yuxu yozmaq eşqini,
Səhvi pozmaq eşqini,
Şeir yazmaq eşqini,
Sən vermisən, İlahi.

Belədir qanun-qayda,
Insanlıq gələr soydan.
Sevincə özü boyda,
MƏN vermisən, ilahi.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 18:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu