Ilk sözdən anlamaq hikmətmiş guya,
Mənə sərraf lazım qəlbimi duya.
Gah oda düşürəm, gah da ki suya.
Görən taleyinmi oyuncağıyam.
Mənə yol yoldaşı şadlıq, qüssə də,
Səbri-qərarımı həsrət kəssə də.
Sönmərəm .Nə qədər külək əssə də,
Mən bir ailənin od-ocağıyam.
Eyni bir nöqtəyə daim vurublar,
Sözümü eşidib təzim durublar.
Köksümün altında yuva qurublar,
Bəlkə mən mələklər olacağıyam.
Kayıt Tarihi : 28.3.2022 08:06:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!