Qızlar içrə ən göyçəkdim,
Bəyaz qar tək ağ ləçəkdim.
Təzə açmış tər çiçəkdim,
Göy buluddan şeh çəkmişdim.
Qəmin yolun daraltmışdım,
Dərdin rəngin saraltmışdım.
Göy qurşağı yaratmışdım,
Yeddi rəngli zeh çəkmişdim.
Şeirsiz həyat nəyə lazım,
Gedib çoxum,qalıb azım.
Nəğmə qoşdu könül sazım,
Musiqili meh çəkmişdim.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!