Qəm duyular yavaşıyan ünündə
Bir xoş an yox ay əzizim, dünündə.
Zalım qızı, bu dərdlərin önündə,
Necə dayanmısan məğrur və mətin.
Səhrada gül-çiçək əkən birisən,
Hamının qayğısın çəkən birisən.
Əzabdan torpağa çökən birisən,
Sən xoşbəxt olarsan zənnimcə, çətin.
Batacaq bir zaman adan, bilirsən?
Həsrəti tezcənə dadan birisən.
Barama saxlayan adam kimisən,
Geydiyin paltarın ipək yox, sətin.
Doğrunu deyəndə qınandın, dostum,
Od ilə, atəşlə sınandın, dostum.
O qədər özgəyə inandın, dostum,
Sən demə yalanmış bal həqiqətin.
Bilirsən. Ürəkdə çox arzum var ki,
Işığı sönməyən uduzum var ki.
Söz tapıb deməyə nə lüzum var ki,
Mənə ürək verir lal sədaqətin.
Kayıt Tarihi : 25.5.2023 07:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!