Günəş nurun səpələr,
Al geyər göy təpələr.
Nəğmə söylər ləpələr,
Suları qırçın dəniz.
Ağ ləpələr yarışar,
Qum sulara qarışar.
Su pərisi sarışın,
Qayası yalçın dəniz.
Xəzərimin tayı yox,
Sevənlərin sayı yox.
Dostun tək qağayı yox,
Olsun sar,laçın dəniz.
Kayıt Tarihi : 14.6.2018 19:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/lacin-deniz.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!