Külüme yazıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Külüme yazıq


Bu dəli həsrətin,bu sənin ömrün,
Həyat ağacını çiliklədimi.
Bu vaxtsız gedişin,bu qəfil ölüm,
Arzu çiçəyini diliklədimi.

Ömrünün tez solan gülünə yazıq,
Payızı gəlməmiş qışa qovuşdu.
Ocaqda soyuyan külümə yazıq,
Götür əllərinə,bir az ovuşdur.

Bax, bəlkə bir azca hərarət qalıb,
Əlinin içində közə dönəcək.
Könlündə həsrətə həqarət qalıb,
Nifrətin amansız sözə dönəcək.

Daha aramazsan ötən günləri,
Külümü küləklər aparıb gedər.
Kim belə bağlayıb daş düyünləri,
Qorxuram, gücümü qoparıb gedə.

Tutmuşam hicranın buz tək əlindən,
Gedirik xəyalın qırıqlığına.
Bezib də fələyin tərs əməlindən,
Düşmüşük ayrılıq qoruqluğuna.
27.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu