Söhbətinlə, sözün ilə öyünmə,
Odun ilə, közün ilə öyünmə.
Qoca dünya,özün ilə öyünmə,
Yalan-doğru acın çoxdur,toxun az.
Gördüm artıq bu həyatın tərsini,
Kədər çalır, qəm oxuyur hər simi.
Düşmənlərin elə verdim dərsini,
Kimsə daha ürəyimə toxunmaz.
Bu dünyanın tərəzisi pozulub,
Yaxşı pisə, pis yaxşıya yozulub,
Olub-keçən mixi ilə yazılıb,
Sirli qalan kitabəsi oxunmaz.
Kayıt Tarihi : 9.1.2020 08:18:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!