Yer üzünə qarğış yağdı,
Qara rəngli naxış yağdı.
Göydən mavi yağış yağdı,
Arzularım kimyalandı.
Niyə düşür dən, nə bilim,
Niyə gəlir çən, nə bilim.
Allah, indi mən nə bilim,
Kim doğrudu, kim yalandı.
Qara ağac çiçək açdı,
Dörd yanına ətir saçdı.
Öz sözündən sonda qaçdı,
Tüpürdüyün kim yaladı,
Xəyallara gülürsənmi,
Çəkdiyini silirsənmi.
Məndən başqa, bilirsənmi
Atəşinə kim yanandı.
1.04.2013
Kayıt Tarihi : 9.6.2018 17:10:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/09/kim-yanandi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!