KAŞ BELƏ OLMAZDI
Ümidvar, almadım, bir zərrə ahı.
Sanki işləmişəm böyük günahı
Neyləyim ağlımdan çıxmırsan axı
Kaş belə olmazdı, əfsus ki, oldu.
Tək qoyub gedirsən məni, mənimlə
Olmağa and içmiş bir öz-qənimlə.
Özümə dağ çəkdim mən öz əlimlə,
Kaş belə olmazdı, əfsus ki, oldu.
Gör sənsiz qaldığım neçə gecəm var,
Heç oxumadığın, neçə hecam var.
Sənə həsr etdiyim neçə "haçan" var,
Kaş belə olmazdı, əfsus ki, oldu.
Bax belə nə qalır səncə, de, məndən,
"Olmaz ki" deyirsən, gedirsən məndən.
Necə ayrı qalım axı mən səndən,
Kaş belə olmazdı, əfsus ki, oldu.
Artıq gəzəmmirik biz bu şəhəri,
Gəlmir bu gecənin, həzin səhəri.
Bəlkə oldurardıq biz bir təhəri,
Kaş belə olmazdı, əfsus ki, oldu.
Əriyib bitirdim hər nazlarına,
İndi necə baxım o gözlərinə.
Necə titrəməyim mən sözlərinə,
Kaş belə olmazdı, əfsus ki, oldu.
Kayıt Tarihi : 5.3.2026 05:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!