İtgin gelinem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İtgin gelinem

Ürəyim alışar, görünməz tüstüm,
Hamıdan ucasan, hamıdan üstün,
Gözümün önündə mərmərdən büstün,
Qəmli baxışında itkin gəlinəm.

Usanmış buludlar qarlamasa da,
Zirvəyə yığılıb xarlamasa da,
Daha əvvəlki tək parlamasam da
Qiymətdən düşməyən almaz ləlinəm.

Dost-tanış qəmimi görə bilməyir,
Ağarmış telimi hörə bilməyir.
Bir kimsə nəsihət verə bilməyir,
Sənin vurğununam, sənin dəlinəm.
19.02.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu