Bu dünyanın namərdi nə, mərdi nə
Di yaxşı bax, bayquş qonub pərdinə.
Sevənlərin sevinci nə, dərdi nə
Sağalarmı könlümüzün yarası,
Ilk baharla son baharın arası.
Ağlar ürək, kiprikləri yaş edər,
Ayrılığı hicran daim baş edər.
Nolar, Allah, zaman özü kaş edə,
Əbədilik tapa vəslin çarasın.
Ilk baharla son baharın arası.
Hanı, xoşbəxtliyin bəyaz çaparı
Fələk məndən səni niyə qoparıb.
Çoxdandır ki ağını qəm aparıb,
Sənsən mənim gözlərimin qarası.,
Ilk baharla son baharın arası.
18.05.2013
Kayıt Tarihi : 9.6.2018 17:33:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!