Al qırmızı dan əlində,
Istəyirsən yan əlində.
Qalmışam bir can əlində,
Yatır.Ritmlə vurmur.
Yolunu zirvədən salıb,
Könül minbir fikrə dalıb.
Ruhum harda düşüb qalıb,
Bədənlə təmas qurmur.
Baş əymişik məhəbbətə,
Ömürboyu sədaqətə.
Mən nə deyim bu qismətə,
Fələyin işin burmur.
Gəl mənim ilham mələyim,
Günəş nuruna bələyim.
Səni görcək bu ürəyim.
Yerində sakit durmur.
Kayıt Tarihi : 28.3.2022 07:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!