İlğım, ezizim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İlğım, ezizim

Günəşin zəriylə bur tellərini,
Daha da bəzəsin nur tellərini.
Dəniz tək dalğalı gur tellərini,
Uzaqdan mən necə yığım, əzizim.

Burda xatirələr gəlməyir vecə,
Hər tərəf qaranlıq, hər tərəf gecə.
Səni tək buraxdım.İndi mən necə
Daş məzar altına sığım, əzizim.

Acı göz yaşların çiskin deyil ki?
Ürəyin dünyadan küskün deyil ki?
Mənsiz keçirdiyin pis gün deyil ki?
Bir də görüşümüz ilğım, əzizim.
25.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 18:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu