Bilirəm son görüşün
Vüsal ilə döyüşün.
Elə güldün, gülüşün
Qədd-qaməti büküldü.
Söylə,bu dünya kimin,
Qırılsın sarı simin.
Vüsal qoymuşdu himin,
Hicrin evi tikildi.
Bağları nə genişdir,
Sonu yaman enişdir.
Üçcəsini demişdin,
Göydən alma töküldü.
Uzaq dur nimdaşından,
Uçulu dam-daşından.
Fələyin göz yaşından,
Bağrım başı söküldü.
Böyük günah etdilər,
Əğyarı şah etdilər..
O qədər ah etdilər,
Ürəyimiz çəkildi.
Kayıt Tarihi : 29.3.2020 14:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)