Gözümün yaşını silən tapılmaz.
Içimin acısın bilən tapılmaz.
Olmayan sevgini dilən, tapılmaz
Sınıb da tökülər parlayan şüşəm.
Kədərli etmisən duyğularımı,
Gözümdən qovmusan uyğularımı.
Artırıb azalan qayğılarımı,
Əvvəlki tək olmaz soyuyan nəşəm.
De, mənə inamın azalmayıb ki.
Bağında qızılgül sozalmayıb ki..
Görən xatirəni toz almayıb ki,
Keçmişin tozunu silməkdir peşəm.
Sərin meh astaca pıçıldar yaman,
Bəzən məlhəm olmur hicrana zaman.
Dilə gəlməyir tar, dillənmir kaman
Günəşdən nur almır qızılı guşən.
Qalmayıb heç səndən mənə yadigar,
Kəsir aramızı kəsir lay divar.
Mənim hər şerimdə həzin layla var,
Hanı əvvəlki mən. Həm çılğın, həm şən.
17.07.2018.
Kayıt Tarihi : 19.7.2018 08:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!