Həyəcan qoxusu gəlir bu qırıq nəfəslərdən,
Qəfəslərdə donduruldum zəbanələrlə birgə.
Könüldə qalan şeirlər bizlərə məxsus qalır,
Məhbusların ömrü axdı şəlalərlə birgə.
Rəflərim də daha dolmur, dustaqlar səf-səf oldu,
Məhv oldu bədii dilim kinayələrlə birgə.
Əşarımız tapılmadı, hərf gördük hər ləkədə,
Məhkəmədə silinmişdi işarələrlə birgə.
Dolub-daşdı fəğanımız, yetişmir Həqq səslərə,
Məhbəslərə qapanmışam biçarələrlə birgə.
Usandı divarlar belə, məhrumuq mənzərələrə,
Məqbərələrə baş çəkdim divanələrlə birgə.
İfadəsiz gözlərimdə damarlar süstlənirdi,
Göstərirdi yol cəsədim minarələrlə birgə.
Kayıt Tarihi : 26.10.2020 01:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hikayesi:
Qitə

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!