Çapdın xəyal atında,
Göyün yeddi qatında.
Kökləndin qəm notunda,
Inildəyən sim oldun.
Ipək deyil,bezmişəm.
Yaşamaqdan bezmişdim.
Sevdiyini sezmişdim,
İsti nəfəsim oldun.
Dəniz kimi çağlayan,
Bulud olub ağlayan
Yollarımı bağlayan.
Sehr oldun,tilsim oldun.
Nə çıxacaq ağıdan,
Öcünü al yağıdan.
Kədərimi dağıdan,
Həyat həvəsim oldun.
Atəşimə atəldım,
Ocaq kimi çatıldım.
Eşq yolunda tutuldum
Zindan,məhbəsim oldun.
Doğma bağlar bülbülə,
Çəkdin dağlar bülbülə.
Döndüm ağlar bülbülə,
Bağlı qəfəsim oldun.
Sevinc,gözəl dad ikən
Kədərləndin şad ikən.
Uzaq ikən,yad ikən
Ən yaxın kəsim oldun.
Kayıt Tarihi : 11.6.2018 10:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!