Mənim gülüm, ömrün boyu,
Daşı həsrət yükünü.
Kimsə bilmir neçə olur,
Yaşı həsrət yükünün.
Inanmadıq doğrusuna,
Döndü vüsal oğrusuna.
Heç dözməz ki ağrısına,
Naşı həsrət yükünün.
Asılıbdır göydən çən tək,
Etibarsız deyil sən tək.
Ağarıbdır deyən mən tək,
Başı həsrət yükünün.
Kayıt Tarihi : 30.6.2018 17:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!