Fərəh könlümdə itər,
Kədər yanımdan ötər.
Günəbaxanlar bitər.
Günəş baxdığı yerdə.
Ürəyimi yar duyar,
Şirin sözümə uyar.
Söyüd telini yuyar,
Suyun axdığı yerdə.
Kədər könlümü dalar,
Sevincdən ayrı salar.
Yer üzünü su alar,
Şimşək çaxdığı yerdə.
Göydən yerə enəydi,
Narın quma dönəydi.
Kaş atəşi sönəydi,
Oda yaxdığı yerdə.
Sözləri şor olaydı,
Közləri qor olaydı,
Gözləri kor olaydı,
Eynək taxdığı yerdə.
Kayıt Tarihi : 19.3.2020 11:05:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!