Gülsən təbəssümüm yelə dönər ki,
Ağlasan göz yaşım selə dönər ki...
Dünya məhvərindən elə dönər ki,
Axtarıb tapmazsan sən orbitini.
Yoluna dikilib hələ də gözüm,
Qurtarmaq bilməyir söhbətim-sözüm.
Alışmaq isttəmir közərən közüm,
Kim verdi mənə bu qəm kibritini.
Təbiət al narı meyxoş edibdir,
Baharın əhvalın hey xoş edibdir.
Ayrılıq özü tək sərxoş edibdir
Hicranla həsrətin dəm hibridini.
09.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:13:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/gulsen-26.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!