Bu dünyanın nəyi ayrı,nəyi düz.
Yenə sisə bürünübdür çəmən,düz.
Qəbrim üstdə öz əlinlə çiçək düz,
Onda mənim yoxluğumu duyarsan,
Əl-üzünü göz yaşıyla yuyarsan.
Oxşamıram gül üstündə xala mən,
Vurmuşam gah mıxa,gah da nala mən.
Qəlbdə sözüm,dönmüşəm lal-kara mən.
Danışdırma,danışmağa yox halım,
Yaman pisdir mənim keyfim,əhvalım.
Sevinc,dərin xəyallara dalmısan.
Gözəl gəncliyini yada salmısan.
Indi dostlarından geri qalmısan.
Çətin yenə cani-dildən güləm mən,
Xar əlində vaxtsız solan güləm mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!