Məhəbbətdən nurlanım,
“Segah”lanım, “Şur”lanım.
Burulğan tək fırlanıb,
Bürünüm gül ətrinə.
Yuxuları yozum ki,
Içindəcə azım ki,
Elə şeir yazım ki,
Görünüm tül sətrinə.
Hicri danmaq istərəm,
Səni anmaq istərəm.
Alovlanmaq istərəm,
Sürünüm kül çətrinə.
Kayıt Tarihi : 8.6.2018 14:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!